Bu arada həmişə “şpion” axtarışında olan Rusiyanın Ədliyyə Nazirliyi cümə günü “Dojd” telekanalının əməkdaşı və musiqi prodüseri Mixail Kozırevi də xarici agent elan edib.
SİA-nın əldə etdiyi məlumata görə, Kozırevlə yanaşı, “xarici agentlər”in siyahısını siyasətçi Konstantin Borovoy, “Planerka” media layihəsinin rəhbəri Aleksandr Litvinov və fəal, Rusiyanın yerli xalqlarının hüquqları uğrunda mübarizə aparan Pavel Sulyandziq də məlum siyahıya salınıb.
Qeyd edək ki, Rusiyada “xarici agentlər” haqqında qanunvericilik 2012-ci ildə ortaya çıxıb. Qanun Ədliyyə Departamentinə qeyri-kommersiya təşkilatlarını xaricdən maliyyə aldıqları və siyasi fəaliyyətlə məşğul olduqları halda “xarici agent” kimi tanımağa icazə verdi. Qanunda bu cür fəaliyyətlərin müəyyən olunduğu meyarlar dəqiq müəyyən edilməmişdir ki, bu da hakimiyyət orqanlarına təhsil, mədəniyyət, səhiyyə, ekologiya, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən təşkilatları cinayət məsuliyyətinə cəlb etməyə imkan verir.
Onu da qeyd edək ki, sonradan KİV-i və ayrı-ayrı şəxsləri, o cümlədən xaricdən maliyyə almayan, lakin “xarici təsir altında olan” şəxsləri “xarici agent” kimi tanımaq mümkün olub.
Maraqlıdır ki, xarici təsirin konkret olaraq nədən ibarət olduğunu Rusiya qanunvericiliyi göstərmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB