Ruslar işğal etdikləri bütün əraziləri minalayıblar

Mina xəsarətləri hazırda cəbhədə ən çox rast gəlinən xəsarətlər sırasındadır
Ruslar işğal etdikləri bütün əraziləri minalayıblar

Ruslar tərəfinən ərazilərin sıx minalanması əks-hücum zamanı irəliləmək üçün ciddi maneələr yaradır.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu cəbhə xəttində çalışan döyüş həkimləri deyirlər. Onların dediyinə görə, mina xəsarətləri hazırda cəbhədə ən çox rast gəlinən xəsarətlər sırasındadır.

Cəbhə xəttinin arxasındakı səhra xəstəxanasında xidmət edən döyüş həkimlərindən birinin etirafına görə, ruslar ərazidəki hər yeri minalanyıblar.

Hərbçilər NATO zirehli maşınlarından istifadə etməklə əks-hücum əməliyyatının keçirildiyini, lakin tank əleyhinə minalar onların irəliləyişinə mane olduğunu bildirib. Ukrayna qüvvələri döyüşə əsasən piyada gedir - piyadalar səngərdən səngərə, minalarla dolu tarlalarla irəliləyirlər.

Ukrayna saytlarının yazdığına görə, ruslar Ukrayna ərazisini işğal altında saxladıqları aylarda qarşıdan gözlənilən əks-hücuma hazırlaşmaq üçün istifadə ediblər.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusovun dediyinə görə, ruslar ərazilərin aktiv şəkildə minalanmasına əl atıb və bir neçə müdafiə xətti yaradıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə