Kanada 7 iranlı hakimi sanksiyalar siyahısına əlavə edib

Kanada 7 iranlı hakimi sanksiyalar siyahısına əlavə edib

Kanada hakimiyyəti insan hüquqlarının pozulmasında əli olan yeddi iranlı hakimi sanksiyalar siyahısına daxil edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Kanada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, Kanadanın anti-İran sanksiya siyahısında yer alan yeni müttəhimlər İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəlidirlər.

Siyahıda olan İran vətəndaşlarının Şimali Amerika ölkəsinə girişi qadağan ediləcək və onların Kanadadakı mümkün bank hesabları dondurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə