Belqorodun sərhəd yaşayış məntəqələri boşalır

Son məlumata görə, Belqorod vilayətinin Novotavoljanski qəsəbəsində 100-ə yaxın sakin qalıb. Hazırda mərmilərə görə qəsəbəyə daxil olmaq və məlumatları dəqiqləşdirmək mümkün deyil.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

O ümid etdiyini bildirib ki, vəziyyət dəyişən kimi hakimiyyət insanları qəsəbəni tərk etməyə razı sala biləcək.

Onu da əlavə edək ki, son bir həftədir sərhəddəki Şebekinski şəhər rayonu da güclü atəşə məruz qalıb.

Verilən son xəbərlərə görə, yerli sakinlər şəhəri və şəhər ətrafını kütləvi şəkildə tərk edirlər.

Bu arada Şebekinski şəhər dairəsinin başçısı Vladimir Jdanov, hazırda 70-dən çox sakinin kəndi tərk etdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə