Qladkov iki nəfərin öldüyünü deyir...

Qladkov iki nəfərin öldüyünü deyir...

Ukraynalı silahlılar Belqorod vilayətinin Valuyski şəhər rayonunun Sobolevka kəndini “Qrad” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib. O, mərmilərin özəl sektora atıldığını qeyd edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, iki nəfərin öldüyü deyilir.

“Rəmi atəşi zamanı onlar öz yaşayış binalarının həyətində olublar və aldıqları xəsarətlərdən yerindəcə dünyasını dəyişiblər”.

Qladkov bunu Telegram kanalında yazıb.

Onun yazdığına görə, hazırda ikisi uşaq olmaqla daha altı yaralı həkim nəzarəti altındadırlar. Belə ki, onların hamısı hazırda xəstəxanadadırlar.

Bundan əlavə atəş nəticəsində iki fərdi yaşayış evində kommunal tikili və qaraj yanıb.

Hazırda yanğınsöndürənlər hadisə yerindədirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə