Belqorod vilayətinə soxulanlar polyak və amerikalılar imiş?

Bu arada Ukrayna təxribat-kəşfiyyat qrupunun hücumu nəticəsində zərər çəkən Belqorod vilayətinin sakinlərindən biri, guya onlara hücum edənlərin rus və ya ukraynalı olmadığını, hücum edənlərin polyak, amerikalı eləcə də digər millətlərin nümayəndələri olduğunu bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu vacib xəbəri bazar günü, mayın 28-də Belqorod vilayətinin başçısı Vyaçeslav Qladkov öz teleqram kanalında yayıb.

Beləliklə, Belqorod vilayətinin qubernatoru bazar günü təxribat-kəşfiyyat qrupu hücumunun qurbanlarını xəstəxanada ziyarət edib.

Qubernator, arvadı gözləri qarşısında Yuri Qaevoy üçün çox ağır olduğunu deyib.

Rusiya vilayətinin rəhbəri hakimiyyət orqanlarının zərərçəkənə bütün lazımi yardımı göstərəcəyini vurğulayıb. Onun sözlərinə görə, öldürülən qadının uşaqları var və o uşaqlar yetkinlik yaşına çatana qədər onların təminatında köməklik görəcəklər.

Bundan əvvəl Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Novaya Tavoljanka kəndinin Ukraynadan atəşə tutulduğunu bildirmişdi.

Qladkovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Novaya Tavoljanka kəndini növbəti dəfə atəşə tutması nəticəsində dinc sakinlər arasında itki yoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə