Zelenskini yanında gəzdirdiyi "bir şey" öldürə bilər

..Ukrayna prezidenti Vladimir Zelenski silahı haqda danışarkən Qərbə özünü necə məhv etməyi təklif edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu URA.RU-ya müsahibəsində hərbi politoloq Oleq İvannikov deyib.

“İnanıram ki, Zelenski ukraynalı jurnalistlərdən biri ilə qısa lüləli odlu silahlara sahib olmağı müzakirə edəndə, əslində, bununla o öz ölüm əmrini imzalayıb”.

Bunu deyən İvannikovun sözlərinə görə, Qərbə Rusiya ilə hərbi əməliyyatların dayandırılmasını müzakirə etmək üçün Zelenskiyə ehtiyac yoxdur.

Buna görə də ekspert hesab edir ki, Kiyev rejiminin başçısının intiharı ilə bağlı səhnələşdirmə mümkündür.

Yəni o, ya intihar edəcək, ya da köməkçiləri onu şəxsi silahlarından məhv edəcəklər.

Bu gün Ukrayna prezidentinin həyatı ancaq Qərbin iradəsindən asılıdır-deyən rusiyalının fikrincə, guya Zelenski terrorizm çağırışları, həmsərhəd bəyanatlarla özünü tamamilə gözdən salıb. İndi onun həyatına yalnız Qərbdəki kuratorları zəmanət verə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə