Bu, Türkiyədə ilk dəfədir ki, həyata keçirilir

Türkiyənin ilk silahlı pilotsuz dəniz vasitəsi "SİDA MARLIN"-dən ilk dəfə radarla idarə olunan sursat atışı olub.

Türkiyə Elm və Texnoloji Araşdırma Qurumu (TÜBİTAK) Müdafiə Sənayesi Araşdırma və İnkişaf İnstitutu (SAGE) tərəfindən hazırlanan qatı yanacaqla işləyən yerli qanadlı raket "Kuzgun-KY", SİDA MARLIN-dən reallaşdırılan ballistik atışla uğurla sınaqdan keçirilib.

Müdafiə Sənayesi İdarəsi və Hərbi Dəniz Qüvvələri Komandanlığının rəsmilərinin iştirak etdiyi atışlar zamanı “Kuzgun-KY” qanadlı raketi missiya nəzarət stansiyası qabiliyyəti ilə uzaqdan idarəetmə ilə uğurla atılıb.

Müdafiə Sənayesi İdarəsinin sədri İsmail Dəmir "Twitter" hesabından etdiyi paylaşımda "Pilotsuz dəniz vasitələrimizə yeni qabiliyyətlər qazandırmağa davam edirik. "MARLIN"-dən qatı yanacaqlı "Kuzgun" qanadlı raketinin atılması ilə ilk dəfə SİDA-dan idarə olunan sursat atıldı. Bu sahədə ən yüksək səviyyəyə qalxmaq əzmindəyik” deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə