Nə demək olar, “əla” təklif idi, amma...

Bu arada Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Ukraynadakı müharibəni dəstəkləyən bir çox səs-küylü bəyanatların müəllifi Dmitri Medvedev Rusiyada “xarici agent” kimi tanınan insanları gəlirdən məhrum etməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Medvedev “xarici agentləri” gəlirdən məhrum etmək fikrini Boris Akuninin əsəri əsasında çəkilmiş filmin nümunəsi ilə göstərib. Qeyd edək ki, Gürcüstanda yəhudi ilə gürcü nigahından doğulan Akunin (Georgi Çxartişvili) bir neçə ildir ki, xaricdə yaşayır,

Və Rusiyanın Ukraynaya təcavüzünü fəal şəkildə pisləsə də, amma nədənsə, hələ də “xarici agentlər” reyestrinə daxil edilməyib.

Qeyd edək ki, Medvedev Akunin də daxil olmaqla bütün rusiyalı “xarici agentlər”in ölkədə bu gün də nümayiş etdirilən əsərlərini teatrların repertuarından çıxarmağa çağırıb.

Hətta o, Rusiyadakı kitab mağazalarında “xarici agentlər”in satılan kitablarının da müsadirə olunmasına çağırış edib.

Deməli, Akunin Medvedevin dediklərinə birbaşa heç bir reaksiya verməsə də, amma bununla belə, o, şənbə günü “Facebook”da Erast Fandorin və dostu Masanın sərgüzəştləri haqqında yeni “planlaşdırılmamış” roman yazdığını bildirib. Akunin dediyinə görə, onun elektron kitablarını satan Amerika saytından statistika alıb. “Heç gözləmədiyim bir maraqlı hal aşkarlandı. Belə ki, mənim kitabımın alıcılarının 30 faizi Rusiya Federasiyasından olanlardır! Yəni, belə çıxır ki, bir çox ruslar öz ölkələrində pul ödəmək istəmirlər. Baxmayaraq ki, Amerika mağazasında qiymət daha yüksəkdir”.

Qeyd edim ki, Akunin şəxsi “Facebook”da yazıb bunları.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə