Ruslar Ukraynanın radioaktiv maddələrlə təxribat hazırladığını yazır

Ruslar Ukraynanın radioaktiv maddələrlə təxribat hazırladığını yazır

Kiyev hakimiyyəti və Ukrayna Silahlı Qüvvələrinin komandanlığı radioaktiv maddələrin sızması ilə təxribat hazırlayır, bunun məqsədi Rusiyanı radiasiya təhlükəli obyektlərə zərbələr endirməkdə ittiham etməkdir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə bazar günü, fevralın 19-da Rusiya Federasiyası Müdafiə Nazirliyinin xüsusi bəyanatında bildirilir.

“BMT Baş Assambleyasının 11-ci fövqəladə xüsusi sessiyası başlamazdan əvvəl Kiyev rejimi Rusiya Federasiyasını nüvə təhlükəsizliyi haqqında Konvensiyanın öhdəliklərini “kobud şəkildə pozmaqda” ittiham etmək üçün genişmiqyaslı təxribata hazırlaşmağa davam edir”.

Bunu Rusiya tərəfi yayımlayıb.

Belə ki, rusların dediyinə görə, Ukrayna tərəfi gömrükdən yan keçməklə, radioaktiv maddələr olan bir neçə konteyner artıq dəniz limanlarından birinə gətirib.

Kiyev bu maddələrdən öz nəzarətində olan radiasiya təhlükəli obyektlərdən birinin, daha dəqiq desək, atom elektrik stansiyasının ərazisinin lokal çirklənməsini həyata keçirmək üçün istifadə etmək niyyətindədir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin mesajında ​​Ukrayna hakimiyyətinin bunun üçün hansı atom elektrik stansiyasından istifadə edəcəyi göstərilmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə