Qazaxlar Baykonurda cinayətkar dəstəni saxlayıb

Qazaxlar Baykonurda cinayətkar dəstəni saxlayıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Baykonur şəhərində fəaliyyət göstərən cinayətkar qruplaşmanın 18 üzvünün ölkədə saxlanıldığını açıqlayıb.

Xatırladaq ki, şəhər yaxınlıqdakı kosmodromla birlikdə Rusiya tərəfindən icarəyə götürülüb.

SİA-nın əldə etdiyi məlumata görə, əməliyyatda Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi də iştirak ediblər.

Medianın məlumatına görə, eyni vaxtda saxlanmalar Astanada, Qızılorda və Konayevdə (bu şəhərdə böyük qumar zonası yerləşir-A.B.) baş verib. Ümumilikdə, xüsusi əməliyyat çərçivəsində mütəşəkkil cinayətkar dəstənin 18 lideri və fəal üzvü saxlanılıb, onlardan odlu silah və pullar götürülüb. Şübhəlilərin adam oğurluğu, qəsb, silahlı hücumlar və oğurluqla məşğul olduqları bildirilir.

İddialara görə, saxlanılan dəstə 2022-ci ilin sentyabrında Baykonurda atışmada da iştirak edib. Qeyd edək ki, həmən vaxt bir nəfər ölmüşdü.

Bir daha xatırladaq ki, Rusiya Qazaxıstandan Baykonur kosmodromunu, eyniadlı şəhəri və yaxınlıqdakı Kraynı hava limanını 2050-ci ilə qədər icarəyə götürüb.

Onu da xatırladaq ki, bundan sonra Moskva öz kosmik buraxılışlarını Rusiyada yerləşən “Vostochnı” kosmodromuna köçürməyi planlaşdırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə