Kiber müharibələr ənənəvi müharibələri əvəz edəcəkmi? -MÜTƏXƏSSİS AÇIQLADI
Kiber müharibələr müasir texnologiyaların inkişafı ilə ortaya çıxmış yeni bir müharibə növüdür.Ənənəvi hərbi münaqişələrdən fərqli olaraq,kiber müharibələrində əsas mübarizə silahları əvəzinə kompüter sistemləri,şəbəkələr və rəqəmsal exnologiyalar vasitəsilə aparılır. Bu müharibələr dövlətlər,təşkilatlar və hətta fərdi şəxslər arasında baş verə bilər.Lakin bu müharibələr ənənəvi müharibələri əvəz edəcəkmi?Mövzu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Fərid Əmirov SİA-ya açıqlamasında deyib:
“Müharibənin yeni forması olan kiber müharibələr qaçınılmazdır. Bu müharibələr dövlətlər,təşkilatlar,fərdi qurumlar,şəxslər və s. iki fərqli mühit arasında rəqəmsal mühitdə başqaldıran və baş tutan qarşıdurmaları əhatə edir.Bu müharibələrdə əsas hədəf düşmən infrastrukturunu,məlumatlarına,resurslarına hər hansı formada mümkün hücumlar təşkil edərək onları zərərsizləşdirmək və yaxud da məlumatları əldə edərək müəyyən taktiki üstünlüklər qazanmaqdır.Yaxud da müasir insanların psixologiyasına təsir edə biləcək saxta məlumatlar yaymaqla qarşı tərəfi psixoloji olaraq zərərsizləşdirmək və zəiflətmək kimi hallar nəzərdə tutulub.Hər iki müharibə edilən tərəflər arasında məlumatların qorunması əsas toxunulmalı olan məsələlərdən biridir.Kiber müharibələr hal-hazırda demək olar ki istənilən ölkədə müəyyən qədər var.Hətta bəzən dost ölkələr arasında belə kiber müharibə yaxud cinayətkarlıq növlərinin olduğu halları ilə qarşılaşılır.Kiber müharibələrin əsas kritik məqamları məlumatların qorunması olmalıdır.İnfrastrukturun müdafiəsi yəni enerji, nəqliyyat,rabitə və ya insanların yararlandığı sosial yardım göstərən infrastruktur çox risk altında olurlar.Kiber casusluq və əkshücumlar haqqında danışmaq olar ki,onlar bir-birinin planını öyrənmək üçün bayaq qeyd etdiyim kimi müxtəlif kiber casusluqlar həyata keçirir. Həmçinin müxtəlif siyasi və ekonomik şəkildə ölkəyə zərər vermək üçün addımlar atır ki,bunlarında qarşısını almaq lazımdır.
Virtual müharibələr insanın rəqəmsal mühitində müharibəsinə imkan yaradır. Texnologiya üzərindən bu müharibə riskləri artmağa davam edir.Əsgərlərin döyüş şəraitində qərar vermə bacarıqlarını inkişaf etdirmək,riskli ərazilərdə, düşmən ölkəsində canlı olaraq, onların relyefini müəyyən formada inteqrasiya edərək orda təlim keçmək,ərazi tanımaq və hava şəraitinə uyğunlaşmaq simulyasiya təlimlərində istifadə oluunur. Düşünürəmki virtual müharibədən söhbət gedə bilməz lakin biz çox sürətlə inkişak edirik,ona görədə bu riskləri nəzərə almaq olar. Texnologiyanın inkişafı müharibəni fiziki səviyyədən daha çox rəqəmsallaşmağa aparır, fikrimcə biz bunu yaxın gələcəkdə müşahidə edəcik”.
Bütün xəbərlər Facebook səhifəmizdə