Çernobıl Atom Elektrik Stansiyasında fövqəladə vəziyyət elan edilib

Ukraynanın Energetika Nazirliyi Çernobıl Atom Elektrik Stansiyasında bir neçə saat elektrik enerjisinin kəsilməsi barədə məlumat yayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Energetika Nazirliyinin sosial media hesabından edilən açıqlamada rusların Kiyev bölgəsindəki Slavutiç Elektrik Stansiyasına pilotsuz təyyarə ilə hücum təşkil etdiyi və hücuma görə bölgədəki Çernobıl Atom Elektrik Stansiyasında elektrik enerjisinin kəsilməsi səbəbindən fövqəladə vəziyyət elan edildiyi bildirilib.

Ukrayna prezidenti Vladimir Zelenski məsələ ilə bağlı açıqlamasında elektrik kəsilməsinin üç saatdan çox davam etdiyini vurğuladıb: “Bu, ətraf mühiti stansiyanın dördüncü enerji blokunun qalıqlarından, həmçinin radioaktiv zibil və tozdan, xüsusən də 1986-cı il partlayışından sonra qoruyan yeni sığınacaqdır”.

Ukraynada Rusiya hərbçilərinin nəzarətində olan Zaporojya Atom Elektrik Stansiyasının səkkiz gündür elektriksiz qaldığını qeyd edən Zelenski, rusların hələ də problemin həlli üçün heç bir addım atmadığını bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə