Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında badminton üzrə qarışıq komanda yarışının qalibi müəyyənləşib. SİA xəbər verir ki, final matçında Özbəkistan və Rusiya yığmaları qarşılaşıblar. Görüş Rusiyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, ötən gün yarımfinalda məğlub olan Azərbaycan millisi isə bürünc mükafata sahib çıxıb.
Badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə