III MDB Oyunları: Azərbaycanın badminton millisi 3-cü yeri tutub

2 Oktyabr 2025 11:18 (UTC+04:00)

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında badminton üzrə qarışıq komanda yarışının qalibi müəyyənləşib. SİA xəbər verir ki, final matçında Özbəkistan və Rusiya yığmaları qarşılaşıblar. Görüş Rusiyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, ötən gün yarımfinalda məğlub olan Azərbaycan millisi isə bürünc mükafata sahib çıxıb.

Badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.