AQTA: Ötən həftə dünyada yeni xəstəlik halları aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə daxilində və dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Bu barədə SİA-ya AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib.

Qeyd olunub ki, ötən həftə ərzində dünya üzrə blutanq, xırdabuynuzlu heyvanların çiçək, iribuynuzlu heyvanların enzootik leykoz xəstəliyi və yüksək patogen quş qripi ilə bağlı yeni xəstəlik halları aşkar olunub. Hazırda 16 xəstəlik üzrə 86 ölkəyə müvəqqəti məhdudiyyət tətbiq edilsə də, 4 ölkənin 9 regionuna qoyulan bu məhdudiyyətlər aradan qaldırılıb.

Videoməlumatla linkdə tanış ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə