Şahmat üzrə gənclər arasında dünya çempionları Vətənə qayıdıb

Şahmat üzrə gənclər arasında dünya çempionları Vətənə qayıdıb

İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionu olan Gövhər Abdullayeva və Abdulla Qədimbəyli Vətənə dönüblər. SİA xəbər verir ki, şahmatçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəsmiləri, şahmatçıların ailə üzvləri və media nümayəndələri qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə