“Barselona” maaşlarını azaltmalıdır...

“Barselona” maaşlarını azaltmalıdır...

La Liqanın rəhbəri Xavyer Tebas bir daha maliyyə problemi ilə üzləşməmək üçün “Barselona”nı növbəti mövsüm üçün maaşları azaltmağa çağırıb.

“...Barselonanın iqtisadi rıçaqları bu mövsüm faydalı oldu, lakin gələn mövsüm olmayacaq. Klub maaşları azaltmalı olacaq, əks halda növbəti mövsümdə “Barselona” yenidən problemlə üzləşə bilər”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Tebasın sözlərini “Mundo Deportivo” sitat gətirir.

Və xatırladaq ki, bu yay “Barselona” transferlərə 150 ​​milyon avrodan çox pul xərcləyib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə