İngiltərə yığmasında ciddi itki

İngiltərə yığmasında ciddi itki

“Çelsi” klubunda çıxış edən İngiltərə yığma komandasının futbolçusu Ris Ceyms bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.

SİA-nın əldə etdiyi məlumata görə, Ceyms İtaliyada “Milan”a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü tur oyununda zədələnib. 23 yaşlı müdafiəçi 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə