Daha bir komanda 1/8 finala vəsiqə qazanıb - YENİLƏNİB

Daha bir komanda 1/8 finala vəsiqə qazanıb - YENİLƏNİB

UEFA Avropa Liqasının qrup mərhələsində IV tura yekun vurulub. SİA-nın məlumatına görə, daha bir komanda adını 1/8 finala yazdırıb.

E qrupunda İspaniya "Real Sosyedad"ı evdə Moldova "Şerif"inə 3:0 hesabı ilə qalib gəlməklə, pley-offa yüksəlib.

H qrupunda isə Türkiyə "Trabzonspor"u evdə Fransa "Monako"sunu darmadağın edib.

Qeyd edək ki, daha əvvəl Türkiyənin "Fənərbağça", Fransanın "Renn", Almaniyanın "Frayburq" və İspaniyanın "Betis" klubları qrupdan çıxmağı təmin edib.

UEFA Avropa Liqası

Qrup mərhələsi, IV tur

13 oktyabr

A qrupu

20:45. "Budö Qlimt" (Norveç) - "Arsenal" (İngiltərə) - 0:1

23:00. PSV (Niderland) - "Sürix" (İsveçrə) - 5:0

Xal durumu: "Arsenal" - 9 (3 oyuna), PSV - 7 (3 oyuna), "Budö Qlimt" - 4, "Sürix" – 0 (4 oyuna)

B qrupu

20:45. AEK (Larnaka, Kipr) - "Fənərbaxça" (Türkiyə) - 1:2

20:45. “Dinamo” (Kiyev, Ukrayna) - "Renn" (Fransa) - 0:1

Xal durumu: "Fənərbaxça" – 10, "Renn" – 10, AEK – 3, “Dinamo” - 0

C qrupu

20:45. "Betis" (İspaniya) - "Roma" (İtaliya) - 1:1

23:00. "Lüdoqorets" (Bolqarıstan) - HİK (Finlandiya) - 2:0

Xal durumu: "Betis" - 10, "Lüdoqorets" - 7, "Roma" - 4, HİK - 1

D qrupu

20:45. "Yunion" (Belçika) - "Braqa" (Portuqaliya) - 3:3

23:00. "Yunion" (Berlin, Almaniya) - "Malmö" (İsveç) - 1:0

Xal durumu: "Yunion" - 10, "Braqa" - 7, "Yunion" (Berlin) - 6, "Malmö" - 0

E qrupu

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Omoniya" (Kipr) - 1:0

23:00. "Real Sosyedad" (İspaniya) - "Şerif" (Moldova) - 3:0

Xal durumu: "Real Sosyedad" - 12, "Mançester Yunayted" - 9, "Şerif" - 3, "Omoniya" - 0

F qrupu

20:45. "Feyenoord" (Niderland) - "Midtüllan" (Danimarka) - 2:2

23:00. "Latsio" (İtaliya) - "Şturm" (Avstriya) - 2:2

Xal durumu: "Feyenoord" - 5, "Midtüllan" - 5, "Latsio" - 5, "Şturm" - 5

G qrupu

20:45. "Qarabağ" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan) - 0:0

20:45. "Nant" (Fransa) - "Frayburq" (Almaniya) - 0:4

Xal durumu: "Frayburq" - 12, "Qarabağ" - 7, "Nant" - 3, "Olimpiakos" - 1

H qrupu

23:00. "Ferentsvaroş" (Macarıstan) - "Srvena Zvezda" (Serbiya) - 2:1

23:00. "Trabzonspor" (Türkiyə) - "Monako" (Fransa) - 3:0

Xal durumu: "Ferentsvaroş" - 9, "Trabzonspor" - 6, "Monako" - 6, "Srvena Zvezda" - 3

Bütün xəbərlər Facebook səhifəmizdə