Avropa mətbuatı "Qalatasaray"ın Ronaldonu xəyal etdiyini yazıb

Avropa mətbuatı "Qalatasaray"ın Ronaldonu xəyal etdiyini yazıb

Avropa mətbuatı "Qalatasaray"ın Kriştiano Ronaldonu xəyal etdiyini yazıb. SİA xəbər verir ki, portuqallar, italyanlar və ispanlar, xüsusən də ingilislər sarı-qırmızıların yenidən Ronaldoya təklif edəcəyini və onun imkanlarını işə salacağını yazıb.

Xəbərlərdə bu transferin qeyri-mümkünə yaxın olduğu vurğulanıb. "Arsenal"ın müdafiəçisi Martin Keovn deyir ki, Kriştiano Ronaldo hələ də "Mançester Yunayted"ə kömək etmək qabiliyyətinə malikdir.

"Qalatasaray"ın keçmiş ulduzu Hagi Ronaldo haqqında danışaraq, "O, çox şey istəyir, iddialıdır və bizə bu yaşda belə oynamaq istədiyini göstərir. O, inanılmaz istedaddır, amma onun da çox işi var. Mümkün qədər çox oynamaq istəyir"-deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə