Uruqvayda doğulan, lakin Argentinada jurnalist və aparıcı olan Rodriqo Fransisko Lussiç Messinin İkardini Milli Komandada istəmədiyini iddia edib. SİA xəbər verir ki, Lussiç "Show Partners"də bu sözləri deyib: "Messi İkardini axmaq adlandırır. Milli komandada ona qarşı pis rəftar edilir. Hamı İkardiyə nifrət edir. Sampaoli dövründə İkardi Argentina millisinə çağırılıb. Maskerano, Messi, Agüero eynidir. Onlar masada oturmuşdular. İkardinin də o masada oturmağa cəsarəti çatmışdı. Messi və dostları İkardi ilə bir kəlmə də danışmadılar. Bir-birlərinə mesajlar göndərməyə başladılar. Messi soruşdu ki, bu əclafın burada nə işi var? dedi. Maskerano Maksi Lopezin (İkardinin keçmiş əri) yaxın dostu olduğundan ona söz vermişdi ki, İkardi Milli Komandada olduğu müddətdə heç vaxt orada oynamayacaq. Onlar da deyirlər ki, İkardi söhbətlərdə ancaq maşından danışır, saatdan danışır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB