Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib. SİA-nın məlumatına görə, günün ilk matçında "Şamaxı" "Sabah"ı qəbul edib.
Şamaxı şəhər stadionundakı qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə bitib - 1:0. Görüşdəki yeganə qolu 90+1-ci dəqiqədə Abdulaye Ba vurub.
Qələbə sayəsində xallarının sayını 19-a çatdıran "Sabah" ikinci pilləyə yüksəlib. Meydan sahibləri 2 xalla sonucu - 10-cu sırada qalıb.
Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" "Kəpəz"lə üz-üzə gələcək. Turun əvvəlki oyunlarında "Qəbələ" səfərdə "Səbail"i 2:1, "Zirə" "Turan Tovuz"u 3:1, "Qarabağ" isə evdə "Neftçi"ni 3:1 hesabı ilə üstələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB