Milli fasilədən sonra "Fənərbağça"nı çox gərgin temp gözləyir. SİA xəbər verir ki, "Sarı-göylər" oktyabrda 8 oyun keçirəcək. Liqada oktyabrın 2-də “Beşiktaş”ı qəbul edən “Fənərbağça” Avropa Liqasında oktyabrın 6-da Cənubi Kipr komandası “Larnaka”nı qəbul edəcək.
3 gün sonra Kadıköydə "Karagümrük"lə oynayacaq İsanın tələbələri yenidən dincəlmək şansı olmadan oktyabrın 13-də Cənubi Kiprdə "Larnaka" ilə qarşılaşacaq. Oktyabrın 17-də paytaxt yolunda "Ankaragücü" ilə mübarizə aparacaq “Fənərbağça” oktyabrın 22-də Kadıköydə “Başakşəhər”lə qarşılaşacaq. "Fənərbağça" oktyabrın 27-də Fransanın "Renn" komandasını, "sarı-göylülər" çətin ayı oktyabrın 30-da səfərdə "İstanbulspor"la başa vuracaq. "Sarı-göylər" bu 8 matçdan 6-nı İstanbulda keçirəcəyindən, səfər baxımından daha az yorulacaq. "Fənərbağça" "Ankaragücü" matçı üçün paytaxta, oktyabrda isə "Larnaka" matçı üçün Cənubi Kiprə səfər edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB