“Mənə qoca deyib, Mertensi götürüblər” - Ryan Babel

Bu mövsüm "Qalatasaray"dan ayrılaraq 1-ci Liqa təmsilçisi "Eyüpspor"a transfer olan Rayan Babel Vole üçün önəmli açıqlamalar verib. SİA xəbər verir ki, onun açıqlamalarında deyilir: "Ötən il “Qalatasaray”da belə bir fikir var idi ki, köhnə adları göndərək, gənclərə diqqət yetirək. Amma bu gün Mertensin “Qalatasaray”a gəldiyini görürük. O, mənimlə həmyaşıddır və məndən daha çox pul qazanır. Bu barədə heç kim heç nə demir. Bu mənim üçün gülməli vəziyyətdir. Bu onu göstərir ki, klub tam olaraq nə istədiklərini bilmir. Klubun dəqiq vizyonu və dəqiq planı yoxdur. Bu, gündəlik qərarların qəbul edildiyini göstərir. Bu şəkildə idarə olunan yer uzunmüddətli uğur əldə etməkdə çətinlik çəkə bilər. Məsələn, bu il uğur gələ bilər, amma gələn mövsüm nə olacağı böyük sual işarəsidir. 5 ildir “Qalatasaray”da fərqli heyətlər görmüşük. Domenec Torrent Türkiyədə indiyə qədər işlədiyim ən yaxşı məşqçi idi. O, meydanda nə istədiyini çox açıq şəkildə ifadə edirdi. Torrenti keçən ilki komanda ilə mühakimə etmək düzgün deyil. Torrent bu mövsümdə daha yaxşı çıxış edə bilərdi. "Qalatasaray"ın keçən mövsümünün heyəti çox pis idi. Dövrümün ən isti derbiləri "Beşiktaş" - "Fənərbağça" derbiləri idi.

Bütün xəbərlər Facebook səhifəmizdə