İndi də rus fiqurlu konkisürənlərini “qaralayıblar”..?

Finlandiya Fiqurlu Konkisürmə Assosiasiyasının rəhbəri Janne Korhonen rusların beynəlxalq turnirlərə buraxılmasının əleyhinə danışıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun sözlərini “Helsingin Sanomat” sitat gətirir.

“...Mən özüm Beynəlxalq Konkisürmə İttifaqının (ISU) konqresində idim və orada qəti mövqe tutduq ki, Rusiya turnirlərdə iştirak etməməlidir. Bu fikir dəyişməyib. Bunu dəyişə biləcək heç nə görünmür”. –deyə Korhonen bildirib.

Maraqlıdır ki, sentyabrın 22-də İsveç Xizək Federasiyasının rəhbəri Karin Mattsson da rusiyalı idmançıların yarışa buraxılmasına qarşı çıxıb.

Amma sonradan rusların “Lenta.ru” saytı rusların iştirakına icazə verildiyini bildirib.

Yeri gəlmişkən iyunun 7-də Beynəlxalq Konkisürmə İttifaqı təşkilatın konqresində Rusiya və Belarus idmançılarının himayəsi altında keçirilən yarışlardan uzaqlaşdırılması barədə qərar qəbul edib.

Növbəti bildirişə qədər qüvvədə qalacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə