Azərbaycanın stolüstü tennisçisi 1/4 finala yüksəlib - YENİLƏNİB

Azərbaycanın stolüstü tennisçisi 1/4 finala yüksəlib - YENİLƏNİB

Azərbaycanın yeniyetmə stolüstü tennisçisi Adil Əhmədzadə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Wtt Youth Contender Tbilisi” turnirində 1/4 finala yüksəlib. Federasiyadan SİA-ya verilən məlumata görə, 17 yaşadək idmançıların mübarizəsində qüvvəsini sınayan Əhmədzadə 1/8 finalda İran təmsilçisi Seyedsina Horeyşianı üstələyib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi qrup mərhələsində iranlı Nima Naqavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyan üzərində qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə