"Avrobasket"də finalçıların adı bəlli oldu

"Avrobasket"də finalçıların adı bəlli oldu

Almaniyanın paytaxtı Berlindəki Mercedes-Benz Arenada keçirilən yarımfinal matçında 3 qat çempion İspaniya ilə 17 il sonra yarımfinala yüksələn ev sahibi Almaniya üz-üzə gəlib. SİA xəbər verir ki, böyük çəkişmələrə səhnə olan görüşün ilk hissəsində 51-46 öndə olan Almaniya üçüncü rübdə xal fərqini 10-a yüksəldib (71-61). Son dörddəbirə yaxşı başlayan və 34-cü dəqiqədə 77-77 hesablı heç-heçə edən İspaniya qarşılaşmada 96-91 qalib gələrək finala vəsiqəni əldə edib. Fransa və İspaniya arasında final oyunu 18 sentyabr bazar günü saat 21.30-da oynanılacaq.

İspaniyalı Lorenzo Braun 29 xal və 6 məhsuldar ötürmə ilə komandasına başçılıq edib, Villi Hernanqomez isə 16 xala sahib olub. Almaniyada Dennis Şröderin 30 xal və 8 məhsuldar ötürməsi məğlubiyyətin qarşısını ala bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə