"ABU Arena" yaxın zamanda "AHF Arena" kimi fəaliyyət göstərəcək - FOTOLAR

"ABU Arena" yaxın zamanda "AHF Arena" kimi fəaliyyət göstərəcək - FOTOLAR

“ABU Arena” idman kompleksi yaxın günlərdə “AHF Arena” kimi fəaliyyətə başlayacaq. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, xeyli vaxtdır həyata keçirilən işlər artıq yekunlaşdırılıb. Qısa müddət ərzində xeyli iş görülüb – məşq zalında, soyunub-geyinmə və istirahət otaqlarında təmir işləri başa çatdırılıb.

2004-cü ildə tikilən idman qurğusunda hər cür şərait yaradılaraq həndbolçuların ixtiyarına verilib.
Ölkədə həndbolun inkişafına təkan olacaq idman kompleksinin yenidən istifadəyə verilməsini AHF-nin həndbolçulara gözəl töhvəsi kimi dəyərləndirmək olar.

Qeyd edək ki, “AHF Arena” da həm yerli yarışların, həm də beynəlxalq miqyaslı turnirlərin oyunları keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə