"İnter"də ciddi itki

Dünən məşq zamanı zədələnən "İnter"in hücumçusu Romelu Lukaku bu gün tibbi müayinədən keçib.

SİA Qol.az-a istinadən xəbər verir ki, belçikalı hücumçunun sol bud nahiyəsində burxulma diaqnozu qoyulub. Onun vəziyyətinin gələn həftə yenidən qiymətləndiriləcəyi vurğulanıb Beləliklə, Lukaku A Seriyasında "Kremoneze" (30 avqust) və "Milan"la (3 sentyabr) matçlarda iştirak etməyəcək. O, həmçinin Çempionlar Liqasının qrup mərhələsində "Bavariya" ilə (7 sentyabr) görüşü də buraxa bilər.

İtaliya mətbuatı 29 yaşlı futbolçunun 20 gün sonra geri dönəcəyini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə