Kazemiro "Mançester Yunayted" keçir

"Mançester Yunayted" braziliyalı yarımmüdafiəçi Kazemironun transferi üçün "Real"la razılığa gəlib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə klubunun saytı məlumat yayıb. Transfer Böyük Britaniya viza tələblərinin yerinə yetirilməsi və tibbi müayinədən sonra həyata keçiriləcək.

Qeyd edək ki, bu transferdən "Real" 60 milyon avro qazanacaq. Kluba daha 10 milyon avro isə bonus olaraq ödənilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə