Azərbaycanın futbol millisi Mərakeşlə qarşılaşacaq

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 8-ci günə start veriləcək.

SİA xəbər verir ki, bu gün Azərbaycan idmançıları 8 idman növündə qüvvəsini sınayacaq.

Bu gün çıxış edənlər arasında Azərbaycanın futbol millisi də olacaq. Rəqib özü kimi Səudiyyə Ərəbistanına uduzmuş, lakin İranın turnirə qatılmaması səbəbindən 3 xal qazanmış Mərakeş yığmasıdır. Qrupdan yarımfinala çıxmaq üçün Samir Əliyevin yetirmələrinə heç-heçə də sərf edir.

Stend atıcılığı (trap, qarışıq komanda)

10:00 Aydan Camalova və Əli Hüseynli cütlüyü

Taekvondo

10:00 Fatimə Məcidova (62 kq), Məhəmməd Məmmədov (74 kq), Radik İsayev (+87 kq)

Ağırlıqqaldırma

12:00 Tehran Məmmədov (61 kq)

15:00 İsa Rüstəmov (67 kq)

Güləş (yunan-Roma və qadın güləşi)

12:30 Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq), Ülvü Qənizadə (72 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq), Elnurə Məmmədova (55 kq), Elis Manolova (65 kq)

Voleybol (qadınlar)

14:00 Kamerun – Azərbaycan

Futbol

13:30 Azərbaycan – Mərakeş

Həndbol (kişilər)

16:00 İran – Azərbaycan

Atletika (uzunluğa tullanma, final)

18:50 Nazim Babayev

Qeyd edək ki, ilk 7 günün nəticəsinə əsasən Azərbaycan 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazanıb. Azərbaycan medal sıralamasında bu nəticə ilə Türkiyə, İran və Özbəkistandan sonra 4-cü yerdədir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...