İslamiadada yarışacaq gimnastlarımız açıqlanıb

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında ölkəmiz 4 gimnastika növü (bədii gimnastika, aerobika gimnastikası, kişi və qadın idman gimnastikası) üzrə təmsil olunacaq. SİA-nın AGF-nə istinadən məlumatına görə, bədii gimnastika üzrə fərdi yarışlarda Zöhrə Ağamirova, İlona Zeynalova və Alina Gözəlova medallar uğrunda mübarizə aparacaqlar. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız da İslamiadada gücünü sınayacaq.

Mötəbər turnirin aerobika gimnastikası yarışlarında Vladimir Dolmatov və Mədinə Mustafayeva fərdi proqram ilə yanaşı, qarışıq cütlük kateqoriyasında da çıxış edəcəklər.

M.Mustafayeva, V.Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında da mübarizə aparacaqlar.
Qadın idman gimnastikası yarışlarında Milana Minakovskaya, Samirə Qəhrəmanova, kişi idman gimnastikasında isə İvan Tixonov, Mənsum Səfərov və Nikita Simonov Azərbaycanın idman şərəfini qoruyacaqlar.

“Konya-2021”də bədii gimnastika üzrə yarışlar avqustun 13-14-də, idman gimnastikası ayın 10-11-də və 17-18-də, aerobika isə 13-14-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...