"Vest Hem"dən "Beşiktaş"a

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Superliqa təmsilçisi İngiltərənin “Vest Hem” klubundan Artur Masuakunu transfer edib.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçunun 2022/23 mövsümünün sonunadək icarə əsasında “Beşiktaş”da çıxış edəcəyi bildirilib.

Konqolu müdafiəçi 2016-cı ildən “Vest Hem”də çıxış edir. O, daha əvvəl “Valensyen” və “Olimpiakos”da da oynayıb

Bütün xəbərlər Facebook səhifəmizdə