“Neftçi”nin rəqibinə 1 qol bəs etdi

“Neftçi”nin rəqibinə 1 qol bəs etdi

Futbol üzrə Avstriya Bundesliqasında 2-ci turun oyunları keçirilib.

SİA Matç.az-a istinadən xəbər verir ki, Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Rapid” səfərdə “Klagenfurt”la qarşılaşıb

Görüş Vyana təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmadakı yeganə qolu 66-cı dəqiqədə penaltidən dəqiq yararlanan Quido Burqstaller vurub.

Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran “Neftçi”nin rəqibi hazırda turnir cədvəlinə başçılıq edir.

“Rapid” növbəti oyununu Bakıda keçirəcək. Vyana təmsilçisi avqustrun 4-də “Neftçi”nin qonağı olacaq. “Bakcell Arena”da baş tutacaq qarşılaşma 21:00-da start götürəcək. Cavab qarşılaşması ayın 11-də Vyanada baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə