Gimnast Yelizaveta Luqovskix Monteneqro yığmasında oynamaq qərarına gəlib. Bu barədə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) mətbuat xidməti məlumat yayıb.
SİA bu barədə rus saytlarına istinad edir.
Bildirilir ki, 22 yaşlı gimnast Rusiya bədii gimnastika komandasının heyətində yalnız bir dəfə beynəlxalq yarışlarda çıxış edib. 2017-ci ildə Portuqaliyada keçirilən Dünya Kubokunda fərdi çoxnövçülükdə gümüş medal qazanıb.
Mart ayında FIG rəhbərliyi Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi əməliyyatla əlaqədar Rusiya və Belarus gimnastlarını onun himayəsi altında keçirilən beynəlxalq yarışlardan kənarlaşdırıb.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov deputatlardan birinin Rusiya komandalarının üzvlərinin idman vətəndaşlığını dəyişməsini vətənə xəyanətlə eyniləşdirmək təşəbbüsünü şərh edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB