ÇL: II təsnifat mərhələsinin cütləri dəqiqləşdi

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində üz-üzə gələcək komandaların siyahısı dəqiqləşib.

SİA Matç.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” 3-cü təsnifat mərhələsinə vəsiqə uğrunda İsveçrə “Sürix”i ilə mübarizə aparacaq.

II təsnifat mərhələsinin ilk oyunları 19-20 iyulda, cavab matçları isə 26-27 iyulda baş tutacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

Ferentsvaroş (Macarıstan) - Slovan (Bratislava, Slovakiya)

Dinamo (Zaqreb, Xorvatiya) - Şkupi (Şimali Makedoniya)

Qarabağ (Azərbaycan) - Sürix (İsveçrə)

HJK (Finlandiya) - Viktoriya (Plzen, Çexiya)

Linfild (Şimali İrlandiya) - Bodo Qlimt (Norveç)

Jalgiris (Litva) - Malmö (İsveç)

Ludoqorets (Bolqarıstan) - Şemrok Rovers (İrlandiya)

Maribor (Sloveniya) - Şerif (Moldova)

Makkabi (Hayfa, İsrail) – Olimpiakos (Yunanıstan)

Pünik (Ermənistan) - Düdelanj (Lüksemburq)

Midtyulland (Danimarka) – AEK (Kipr)

Dinamo (Kiyev, Ukrayna) – Fənərbaxça (Türkiyə)

Bütün xəbərlər Facebook səhifəmizdə