Görünüş üçün idman edənlər - DİQQƏT! - QURUM RƏSMİSİ XƏBƏRDARLIQ ETDİ

"Azərbaycan dövləti və Azərbaycanın dövlət siyasətinə cavab verən Gənclər və İdman Nazirliyi, Bədən Tərbiyəsi və İdman Akademiyası, AMADA dopinqə düşmə ehtimalı olan, süni qida mayeləri ilə bağlı bütün idmançılara tövsiyə edir və zaman-zaman layihələr təşkil edir". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Onun sözlərinə görə, əlbəttə ki, bu daha çox professional idmançılara, məşqçilərə şamil edilir: "Amma həvəskar idmançılar bunlardan bixəbər ola bilər. Ona görə də istənilən bir məsələdə hər hhansı bir həvəskar idmançı bədən quruluşunun daha yaxşı olması bəhanəsi adı ilə bu və ya digər maddələrdən istifadə etməmişdən öncə mütləq şəkildə məşq keçdiyi məşqçi ilə məsləhətləşməlidir".

Raqif Abbasov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan qastromik və təbii sərvətləri ilə yanaşı təbii qida məhsulları ilə bol olan bir ölkədir: "Ölkəmizdə qida təhlükəsizliyi ilə əlaqədar mövcud olan qurumların da tövsiyələrinə diqqət yetirilməlidir. Bildiyimiz kimi yay mövsümü bu və ya digər qida məhsullarının tez xarab olma ehtimalı var. Qidanın istifadəsində nəinki idmançılar, ümumiyyətlə bütün vətəndaşlar qidanın müddətinə baxmalıdır. Bu, çox önəmlidir. Birmənalı olaraq çağırışımız ondan ibarətdir ki, həvəskar idmançılar təcrübəli məşqçilərlə, idmançılarla məsləhətləşməlidirlər. Gənclər və İdman Nazirliyinin, AMADA-nın, Milli Olimpia Komitəsinin, idman üzrə məsul olan federasiyaların aidiyyatı üzrə şəxslərin açıqlamalarına diqqət yetirilməli, qida məhsullarına üstünlük verilməlidir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...