İtaliya millisinin və "Roma"nın sabiq futbolçusu şəhər meri seçilib

İtaliya millisinin və "Roma"nın sabiq futbolçusu Damyano Tommazi Verona şəhərinin meri seçilib. SİA "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, veteran yarımmüdafiəçi seçkilərin final mərhələsində 54,4 faiz səs toplayıb.

Onun əsas rəqibi Federiko Zboriana isə 46,6 faiz səs yığa bilib.

Qeyd edək ki, Damyano Tommazi futbolçu karyerasında "Roma" ilə yanaşı, Uelsin KPR və İspaniyanın "Levante" klublarında da çıxış edib. O, yığmada 25 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə