Fərid Qayıbov Şəmkir və Gədəbəy rayonlarının sakinlərini qəbul edib - FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov iyunun 25-də Gədəbəy və Şəmkir rayonlarının sakinlərini qəbul edib. Gənckər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbuldan öncə Gədəbəy şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Gədəbəy şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Fərid Qayıbov vətəndaşları diqqətlə dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qəbulda nazir müavini Mariana Vasileva və nazirliyin digər məsul əməkdaşları iştirak ediblər.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə