PSJ Zidanla razılığa gəldi

Baş məşqçisi Maurisio Poçettino ilə yolları ayırmağa hazırlaşan PSJ-nin bu vəzifəyə kimi gətirəcəyi məlum olub.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Europa1" məlumat yayıb. Paytaxt təmsilçisini Zinəddin Zidan çalışdıracaq. PSJ artıq Zidanla prinsipial razılığa gəlib.

Qeyd edək ki, Zidanın son klubu "Real" olub (2016-2018 və 2019-2021-ci illərdə). O, Madrid ilə məşqçi 3 dəfə ardıcıl Çempionlar Liqası da daxil olmaqla 11 kubok qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə