Yığmamızdan qələbə

Bakıda təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:2 hesablı qələbə qazanıb. U-20-in hər üç qolunu biri penaltidən olmaqla Camal Cəfərov vurub.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun iyunun 7-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə