Azərbaycan – Bolqarıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə, iyunun 5-də Bakıda Gənclərin İdman Festivalı keçiriləcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı İdman Sarayında təşkil ediləcək Festivalda akrobatika gimnastikası, güləş, kapoeyra və
brekdans növlərində idmançılar iştirak edəcəklər. Tədbirdə Azərbaycan və Bolqarıstan idmançıları, idman ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər. Qeyd edək ki, Festivalda iştirak edəcək Bolqarıstan idman nümayəndə heyəti bu gün ölkəmizə gəlib.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB