Maksimum nəticə göstərməyə çalışacam - İDMANÇI BİLDİRDİ

"İspaniyadakı Qran-Pri-də qalib gəldiyim üçün şadam". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İspaniyanın Qrana şəhərindəki Qran-pridə 10 metr məsafəyə qızıl medal qazanan Azərbaycan idmançısı Ruslan Lunyov deyib.

Onun sözlərinə görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının medalçıları da mübarizə aparırdı. Təəssüf ki, ikinci növdə iştirak edə bilmədim. Mən Bakıdakı Dünya Kubokuna görə qayıtdım. Bu idman növündə psixoloji durum daha önəmlidir. Maksimum nəticə göstərməyə çalışacağam. Azərbaycan idmançılarının və öz şanslarımı yüksək qiymətləndirirəm. Hər idmançı kimi mən də qızıl medal qazanmaq istəyirəm. Amma idmandır. Nəticələrin necə olacağını görəcəyik. Əsas rəqiblərim Almaniya və Fransa təmsilçiləridir".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...