“Yuventus” finalda

Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

SİA Matç.az-a istinadən xəbər verir ki, bu gün “Yuventus” doğma meydanda “Fiorentina” ilə qarşılaşıb.

Turin təmsilçisi Florensiyada baş tutan ilk oyunda 1:0 hesablı qələbəyə sevinmişdi. Doğma meydandakı cavab görüşündə daha inamlı qələbə qazanan “Yuventus” finala yüksəlib.

Daha öncə “Milan”ı mübarizədən kənarlaşdırmış “İnter” də həlledici oyuna vəsiqə qazanmışdı. Beləliklə, həlledici oyunda “İnter”lə “Yuventus” qarşılaşacaq. Həlledici oyun mayın 11-də baş tutacaq.

İtaliya kuboku

Yarımfinalın cavab oyunları

19 aprel

İnter – Milan 3:0 (ilk oyun 0:0)

Qol: L.Martines, 4; 40. R.Qosens, 82.

20 aprel

Yuventus – Fiorentina 2:0 (ilk oyun 1:0)

Qol: Bernardeski, 32. Danilo, 90+4.

Bütün xəbərlər Facebook səhifəmizdə