15 yaşlı futbolçu "Fənərbaxça"nın tarixinə düşdü

15 yaşlı futbolçu "Fənərbaxça"nın tarixinə düşdü

"Fənərbaxça"nın Ukraynanın "Şaxtyor" klubu ilə xeyriyyə matçı (1:0) komandanın futbolçusu İsak Vural üçün əlamətdar olub.

SİA Qol.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi "Fənərbaxça"nın tarixi ərzində əsas komandanın heyətində meydana çıxan ən gənc oyunçu olub. O, 15 yaş 10 ay 23 günlüyündə bunu bacarıb.

Qeyd edək ki, "Fənərbaxça" İsak Vuralı Portuqaliyanın "Benfika" klubundan transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə