Vüsal Nəsirli EUBC-nin Direktorlar Şurasına namizəd olub

Vüsal Nəsirli EUBC-nin Direktorlar Şurasına namizəd olub

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Vüsal Nəsirlinin Avropa Boks Konfederasiyasının (EUBC) Direktorlar Şurasına namizədliyi qeydə alınıb. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bunu qurumun Direktorlar Şurası təsdiqləyib.
EUBC aprelin 30-da keçiriləcək seçilər üçün namizədlərin tam siyahısını müəyyənləşdirib. Prezident postuna 4, Direktorlar Şurasına isə 15 namizədin adı siyahıya daxil edilib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə