Azərbaycan millisinin voleybolçusu növbəti titulunu qazanıb

Azərbaycan millisinin voleybolçusu növbəti titulunu qazanıb

Azərbaycan millisinin voleybolçusu Dmitri Baranov növbəti titulunu qazanıb. SİA xəbər verir ki, 28 yaşlı blokçu Monteneqro kuboku yarışının qalibi olub.

D.Baranov şərəfini qoruduğu “Budva”nın heyətində bu uğura imza atıb. Təmsilçimizin komandası yarışın finalında “Buduçnost”a qalib gəlib - 3:2 (25:19, 25:19, 25:27, 23:25, 15:7). Voleybolçumuz bu qarşılaşmada 6 xal toplayıb.

Qeyd edək ki, D.Baranov Azərbaycan yığması ilə dördüncü İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə