Rus dili Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəsmi dillərindən birinə çevrilə bilər. Qurumun qurultayında müvafiq məsələyə baxılacaq.
SİA bu barədə “vestikavkaza”saytına istinad edir.
Mənbənin bildirdiyinə görə, Konqresin gündəliyinin 9-cu bəndində “təklif olunan nizamnaməyə düzəlişlər üzrə səsvermə” nəzərdə tutulur. “L'Equipe” xəbər verir ki, bu düzəlişlərdən biri təşkilat daxilində yeni rəsmi dillərin tətbiqinə aiddir.
FİFA-nın rəsmi dilləri hazırda ingilis, ispan, fransız və alman dilləridir. Təşkilatın rəhbərliyi rəsmi dillər siyahısına ərəb, portuqal və rus dillərinin də əlavə edilməsini təklif edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB