AFFA rəsmiləri yığmamızın üzvləri ilə görüşüblər - FOTOLAR

AFFA rəsmiləri yığmamızın üzvləri ilə görüşüblər - FOTOLAR

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. SİA AFFA-nın saytına istinadla xəbər verir ki, assosiasiya rəsmiləri Estoniyaya qarşı keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunu və Belarusa qarşı yoldaşlıq matçında komanda üzvlərinə uğurlar arzulayıb.

Görüşdə AFFA-nın texniki direktoru Cahangir Həsənzadə də iştirak edib.
Qeyd edək ki, U-21 martın 25-də Estoniya, dörd gün sonar isə Belarus yığması ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə